30 Yanvar 2023,  
...

Naxçıvanda müəllimlərin işə qəbulu imtahanları keçirilir

Budəfəki müsabiqəyə ən çox Şərur (42) və Ordubad (20) rayonlarından olmaqla ümumilikdə 132 vakant vəzifə çıxarılıb. 488 namizədin sənəd təqdim etdiyi müsabiqədə daha çox müraciət Babək (117), Şərur (107) rayonları və Naxçıvan şəhərindən (90)  çıxarılan vakant vəzifələr üzrə olub. Ayrı-ayrı ixtisaslara nəzər saldıqda isə ən sıx müsabiqə vəziyyəti Azərbaycan dili və ədəbiyyat (79), tarix (57) və təsviri-incəsənət (57) müəllimliyi üzrə qeydə alınıb. Müsabiqəyə ən çox vakant vəzifə isə kimya (20), fizika (18) və rus dili müəllimiyi (15) ixtisasları üzrə çıxarılıb

Test imtahanlarında hər bir namizədə 60 sual, tapşırıqların yerinə yetirilməsi üçün isə 90 dəqiqə vaxt verilir və hər bir düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir. Vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplayan müvafiq vəzifəyə təyin olunacaq

Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 50 faizini (30 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 75 faizini (45 bal), habelə musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə işə qəbul, o cümlədən rus bölməsində işləmək üçün test tapşırıqlarının 40 faizini (24 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.İmtahan bitdikdən dərhal sonra namizədə “Test imtahanının nəticəsi haqqında arayış” verilir və müsabiqənin nəticələri Mərkəzin internet portalında yerləşdirilir.

Muxtar respublikada ümumtəhsil məktəblərinin ixtisaslı kadrlarla komplektləşdirilməsi və kadr pontensialının inkişaf etdirilməsi məqsədilə Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 14 aprel 2018-ci il tarixli qərarına əsasən keçirilən test imtahanları dekabrın 29-a qədər davam edəcək.