
Mədəniyyət müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqəyə 343 vakant vəzifə çıxarılıb
Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrə işə qəbul üçün müsabiqə elan edib. Müsabiqədə iştirak etmək istəyən şəxslər 28 fevral-28 mart 2023-cü il tarixlərdə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında (www.ndim.gov.az) “Şəxsi Kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Müsabiqə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 fevral taixli qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki müəssisələrə işə qəbul Qaydaları”na əsasən keçirilir.
Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar. Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət İmtahan Mərkəzinə gəlməklə müraciət edə bilərlər. Maraqlananlar Mərkəzin (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya office@ndim.gov.az elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.
Vakant vəzifələrin siyahısı, təhsilə qoyulmuş tələblər, imtahan mövzuları haqqında əlavə məlumatla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
https://ndim.gov.az/storage/postFile/mtom-musabiqe_27-02-2023_15-58-48.pdf