28 Mart 2023,  
...

Musiqi təhsili müəssisələrinə işə qəbul imtahanları keçirilib

Musiqi təhsili müəssisələrinin ixtisaslı kadrlarla komplektləşdirilməsi məqsədilə bu tədris müəsssələrinə işə qəbul üçün növbəti test imtahanları keçirilib.

Müsabiqəyə çıxarılmış 40 vakant vəzifənin tutulması üçün 25 namizəd qeydiyyatdan keçib. Ən çox vakant vəzifənin Şərur rayonu üzrə çıxarıldığı müsabiqədə (20) ən çox müraciət də Şərur rayonu (16) üzrə qeydə alınıb. Müsabiqəyə daha çox nağara, balaban və skripka ixtisasları üzrə vakant vəzifələr çıxarılıb. Ayrı-ayrı vəzifələr üzrə ən çox müraciət isə nağara ixtisasına olub.

Ayrılmış 75 dəqiqə vaxt çərçivəsində hər bir namizədə müəssisələrdə tədris olunan ixtisaslar üzrə 50 test tapşırığı təqdim edilib. Test tapşırıqlarının 60 faizini (30 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilib və müsahibə mərhələsinə buraxılıblar.

Keçirilən imtahanın nəticələrinə görə test mərhələsində işitrak edən 25 namizəddən 6-ı keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

İmtahan nəticələri ilə Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalından (www.dim.nmr.az) tanış olmaq mümkündür.