Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin kollektivi Ümummilli Liderimizin anadan olmasının 100 illiyi ilə əlaqədar Heydər Əliyev Muzeyini ziyarət edib.
Mərkəzin əməkdaşları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, ehtiramlarını bildiriblər.
Sonra kollektiv görkəmli şəxsiyyətin adını daşıyan muzeyi ziyarət edib. Dahi liderin dövlət idarəçiliyindəki misilsiz xidmətləri, muzeyin yaradılması barədə ətraflı məlumat verilərək bildirilib ki, 1999-cu il 10 may tarixdən fəaliyyət göstərən muzey Ümummilli Liderin sağlığında yaradılan ilk muzeydir və hazırda muzeyin fondunda 5 mindən çox eksponat mühafizə olunur.
Mərkəzin əməkdaşları muzeyin ekspozisiyası ilə yaxından tanış olub, dahi rəhbərin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat əldə ediblər.
