
Səhiyyə müəssisələrindən 385 vakant vəzifə müsabiqəyə çıxarılıb
Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə işə qəbul üçün müsabiqə elan edilib. Müsabiqədə iştirak etmək istəyən şəxslər 01 mart - 01 aprel 2023-cü il tarixlərdə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında (www.ndim.gov.az) “Şəxsi Kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Mərkəzin (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya office@ndim.gov.az elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.
Müsabiqə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 06 oktyabr taixli qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında qərarına əsasən keçirilir.
Vakant vəzifələrin siyahısı, təhsilə qoyulmuş tələblər, imtahan mövzuları haqqında əlavə məlumatla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
https://ndim.gov.az/storage/postFile/sehiyye-musabiqe_28-02-2023_13-01-15.pdf