Elektron müraciət
Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinə elektron formada müraciət göndərməzdən əvvəl qaydalarla tanış olun:
1. Elektron formada göndərilmiş müraciətlər Dövlət İmtahan Mərkəzinin Mühasibat uçotu və ümumi işlər şöbəsinə daxil olur, qanunvericiliyə uyğun olaraq qeydiyyata alınır və baxılır.
2. Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.
3. Müraciət edən fiziki şəxsin adı, soyadı, atasının adı və ünvanı (yaxud işlədiyi yer), hüquqi şəxsin adı və hüquqi ünvanı, müraciət nümayəndə vasitəsilə təqdim edildikdə, nümayəndənin adı, soyadı, atasının adı və ünvanı göstərilir. Əks halda müraciət anonim sayılır və cavablandırılmır.
4. Müraciətin mətni mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalı, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.
5. Müraciətin mətni səlis cümlələrlə yazılmalı, müraciət edənin tələbi və ya təklifi aydın ifadə olunmalıdır.
6. Müraciət edərkən etik qaydalar gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə müraciətə cavab verilmir.
7. Böyük informasiya axınının işlənməsi xüsusiyyətləri nəzərə alınaraq, bəzi məhdudiyyətlər tətbiq edilir:-bir mənbədən elektron məlumatın göndərilməsinin vaxtı serverin yüklənməsindən asılı olaraq 1-5 dəqiqə ilə məhdudlaşır.
-elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır.
-elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin e-mail (“office@ndim.gov.az”) ünvanına və ya adi poçtla bu ünvana göndərilməlidir:
Naxçıvan şəhəri, AZ 7000, Cəlil Məmmədquluzadə küçəsi 23, Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi.