05 Fevral 2025,  

Dövlət ümumi təhsil, məktəbəqədər təhsil və peşə təhsili müəssisələrinə işə qəbul və qiymətləndirmə qaydası

Sənədin elektron variantı

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

“Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil, məktəbəqədər təhsilpeşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması

Qaydaları”nın təsdiq edilməsi haqqında 2,3,6

         

Naxçıvan Muxtar Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təkliflərini nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır: 5

“Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil, məktəbəqədər təhsilpeşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə оlunur). 2,3,6

         

 

 

Naxçıvan Muxtar Respublikasının

                 Baş naziri:                                                      Ə.Baxşıyev

 

«  14  »  aprel  2018-ci il

№ 61

 

 

 

 

 

 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il “14” aprel tarixli 61 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

 “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil, məktəbəqədər təhsilpeşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması 2,3,6

 

Q A Y D A L A R I

 

1. Ümumi müddəalar

1.1. “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil, məktəbəqədər təhsilpeşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları” (bundan sonra - Qaydalar) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 22 iyun tarixli 297-04/S nömrəli və 2017-ci il 14 sentyabr tarixli 172-05/S nömrəli sərəncamlarına uyğun olaraq hazırlanmışdır. 2,3

1.2. Dövlət ümumi təhsil, məktəbəqədər təhsil və peşə təhsili müəssisələrinə müəllimlərin və digər pedaqoji işçilərin (müəllim köməkçiləri, tərbiyəçilər, tərbiyəçi-müəllimlər, defektoloqlar, loqopedlər, praktik psixoloqlar, uşaq birliyi təşkilatı rəhbərləri, musiqi rəhbərləri, laborantlar və kitabxanaçılar) işə qəbulu, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan pedaqoji heyətin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra-Mərkəz) tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.6

1.2-1. Pedaqoji təhsilə malik olmayan, lakin “Naxçıvan Muxtar Respublikasında pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 iyun tarixli 95 nömrəli Qərarı ilə müəyyən edilmiş ümumi təhsil fənlərinin tədrisi üzrə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan ali təhsilli mütəxəssislərin müəllim vəzifəsinə işə qəbulu bu Qaydalarla, orta ixtisas tibb təhsilli şəxslərin məktəbəqədər təhsil müəssisələrində tibb bacısı vəzifəsinə işə qəbulu isə bu Qaydaların və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 oktyabr tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması Qaydaları”nın müvafiq müddəaları ilə tənzimlənir.

1.3. Müəssisələrdə digər kadrların da (müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, praktik psiхоlоqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, laborantlar, kitabxana müdiri və kitabхanaçılar) işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Mərkəz tərəfindən müsabiqə vasitəsilə aparılır. 3,5,6

1.4. Müsabiqə test imtahanı formasında və kompüter vasitəsilə keçirilir.

1.5. Müsabiqə uyğun vakansiya kvotası yarandıqda Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi (bundan sonra - Nazirlik) ilə birlikdə Mərkəz tərəfindən elan edilir.5

 

2. Dövlət ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi6

2.1. Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlər arasında dərs bölgüsü qanunvericiliyə uyğun aparılmaqla vakant yerlər haqqında məlumatı müəssisə rəhbərliyi tabelik üzrə rayon (şəhər) təhsil şöbəsinə, təhsil şöbəsi isə Nazirliyə təqdim edir. Bu məlumatların düzgünlüyü Nazirliyin müvafiq struktur bölməsi tərəfindən yoxlanılır. 6

2.2. Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər məzuniyyətə buraxılanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat, yəni 1 stavka (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 12 saatdan az olarsa, həmin saatlar, ilk növbədə müəssisənin ixtisaslı uyğun fənn müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin dərs saatları vakant hesab olunur və müsabiqəyə çıxarılması üçün təqdim edilir. Kadr çatışmazlığı ilə əlaqədar məzmun və mahiyyət etibarı ilə uyğun fənlərin müvafiq fənn müəllimi tərəfindən tədrisinə müsabiqə nəticəsində həmin fənn üzrə ixtisaslı müəllim təyin edilənədək yol verilir. 4

2.3. Dövlət ümumi təhsil müəssisələrində vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul tabelik üzrə rayon (şəhər) təhsil şöbəsi və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli qurumu ilə razılaşdırılmaqla Nazirlik tərəfindən həyata keçirilir. 6

2.4. Sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiya hesab olunmur. Sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilir.

 

3. Müəssisələrdə işə qəbul6

3.1. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom), yaxud ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənəd almış, xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. 6

3.2. Fakültativ, fərdi və qrup, dərsdənkənar məşğələlər, məktəbə hazırlıq qrupları, eləcə də dərnək məşğələləri üçün ayrılmış saatlar üzrə işə qəbula icazə verilmir.

3.3. Yalnız 1 ildən yuxarı pedaqoji stajı olan ali təhsilli müəllimlər praktik psixoloq və məktəb uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə müsabiqədə iştirak edə bilərlər.  2

3.4. Müsabiqə haqqında elan Mərkəzin internet portalında və muxtar respublikanın digər kütləvi informasiya vasitələrində yerləşdirilir. 3,5

3.5. Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində Mərkəzin internet portalı vasitəsilə elektron formada qəbul edilir. 3,5

3.6. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar şəxsiyyət vəsiqəsinin, ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənədin (diplomun) surətini Mərkəzə təqdim etməlidirlər.5

Həmin şəxslərin dövlət nümunəli təhsil sənədlərinin hüquqiliyinin yoxlanılması məqsədi ilə onların siyahısı Mərkəz tərəfindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası regional bölməsinə göndərilir.

3.7. 2003-cü ildən sonra ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olunmuş, lakin “Tələbə-məzun” dövlət elektron məlumat sistemində diplom nömrələri aşkar olunmayan şəxslərin elektron müraciətləri Mərkəz tərəfindən ləğv olunur və bu barədə 3 (üç) iş günü müddətində onlara rəsmi məlumat verilir.5

3.8. Xarici ali təhsil müəssisələrinin məzunları təhsil sənədlərinin Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinə dair şəhadətnamənin əslini və notarial qaydada təsdiq olunmuş surətini Mərkəzə təqdim etməlidirlər.5

 

4. Müsabiqənin keçirilməsi

4.1. Test imtahanının keçirilmə qrafiki Mərkəzin internet portalında yerləşdirilir. 3,5

4.2. Namizədlər şəxsiyyət vəsiqələrini təqdim etməklə test imtahanında iştirak edirlər.

4.3. Test imtahanında hər bir namizədə ümumilikdə 60 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına aid 40, tədris metodikası və təlim strategiyalarına aid 20, informasiya və kommunikasiya texnologiyalarına aid 15 test tapşırığı təqdim edilir. 2,3,6

4.4. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçü 90 dəqiqə vaxt verilir və hər bir düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir. 3

4.5. Vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunur.

4.6. Stimullaşdırıcı tədbirlər tətbiq olunan dövlət ümumi təhsil müəssiələrinə işə qəbul üçün test tapşırıqlarının 50 faizini (30 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 75 faizini (45 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir. 2,3,6

4.6-1. Müəllim köməkçisi, tərbiyəçi, tərbiyəçi-müəllim, musiqi rəhbəri, defektoloq, loqoped, praktik psixoloq, məktəb uşaq birliyi təşkilatı rəhbəri, laborant, kitabxana müdiri, kitabxanaçı vəzifələrinə, habelə musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə işə qəbul, o cümlədən rus bölməsində işləmək üçün test tapşırıqlarının 40 faizini (24 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.1,2,3,6

4.7. Ali və orta ixtisas təhsilli namizəd tərəfindən eyni bal toplanıldıqda, ali təhsilli namizədə, keçid balını toplamış namizədlərin hamısı ali təhsilli və ya orta ixtisas təhsilli olduqda ixtisas fənni üzrə daha çox bal toplayan namizədə üstünlük verilir. İxtisas fənni üzrə toplanılan bal eyni olduqda pedaqoji stajı daha çox olan, pedaqoji staj eyni olduqda isə diplom göstəriciləri daha yaxşı olan namizədə üstünlük verilir.

4.8. Müsabiqənin nəticələri dərhal Mərkəzin internet portalında yerləşdirilir və namizədlərə “Test imtahanının nəticəsi haqqında arayış” verilir. 3,5

4.9. Müsabiqədə müvəffəqiyyət qazanmış namizədlərin siyahısı vakant vəzifələr üzrə təyinat aparılması üçün müsabiqə başa çatdıqdan sonra 3 (üç) iş günü ərzində Nazirliyə göndərilir.

4.10. Hər hansı bir səbəbdən göstərilən vaxtda müsabiqədə iştirak etməyənlər üçün təkrar imtahan keçirilmir.

4.11. Müsabiqə başa çatdıqdan sonra hər hansı ixtisas üzrə boş qalan və ya yeni yaranan vakant yerlər üçün əlavə test imtahanları keçirilir.

4.12. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə bütün ixtisaslar üzrə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində Nazirliyin səlahiyyətli nümayəndələrinin iştirakı ilə Mərkəzdə baxılır və müvafiq qərar qəbul edilir.5

5. Pedaqoji heyətin bilik və bacarıqlarının

                 qiymətləndirilməsinin aparılması 3

5.1. Dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində işləyən müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının qiymətləndirilməsi (bundan sonra qiymətləndirilmə) onların bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirilib üzə çıxarılması, qiymətləndirilmə aparılan pedaqoji heyətin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi məqsədilə aparılır. 3,6

5.2. Qiymətləndirilməyə dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, psixoloqlar, ixtisasları üzrə tədris apardığı təqdirdə direktor, direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçılar, yerli təhsili idarəetmə orqanlarında metodist vəzifələrində çalışanlar, həmçinin peşə təhsili  müəssisələrində tam ştat vəzifə üzrə çalışan mühəndis-pedaqoji işçilər cəlb olunurlar. 2,3,6

5.3. Qiymətləndirilmədə iştirak edəcək heyətin siyahısı rayon (şəhər) təhsil şöbələri tərəfindən Nazirliyə verilir. Siyahıya şəxsiyyəti təsdiq edən sənədin, dövlət nümunəli təhsil sənədinin (diplomun), işə qəbul və yerdəyişmə əmrlərinin surətləri əlavə olunur. Nazirlik həmin siyahıları iştirakçıların şəxsiyyət vəsiqələri və diplomlarının surətləri ilə birlikdə Mərkəzə təqdim edir. 3,5

5.4. İştirakçıların dövlət nümunəli təhsil sənədlərinin hüquqiliyinin yoxlanılması məqsədi ilə onların siyahısı Mərkəz tərəfindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası regional bölməsinə göndərilir.5

5.5. 2003-cü ildən sonra ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olunmuş, lakin “Tələbə-məzun” dövlət elektron məlumat sistemində diplom nömrələri aşkar olunmayan şəxslər qiymətləndirilmə imtahanlarına buraxılmır və bu barədə 3 (üç) iş günü müddətində onlara rəsmi məlumat verilir.

5.6. Qiymətləndirilmənin keçirilmə qrafiki Mərkəzin internet portalında yerləşdirilir.3,5

5.7. İştirakçılar şəxsiyyət vəsiqələrini təqdim etməklə qiymətləndirilməyə buraxılırlar.

5.8. Ümumi təhsil fənlərini tədris edən heyətin qiymətləndirilməsi zamanı iştirakçılara ümumilikdə 60 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilir və hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir. 3

5.8.1. Ümumtəhsil müəssisələrində işləyən psixoloqların qiymətləndirilməsi zamanı onlara ixtisasları üzrə 60 test tapşırığı verilir və hər bir düzgün cavab 1 balla qiymətləndirilir. 3

5.9. İştirakçılara test tapşırıqlarının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt ayrılır. 3

5.10. Qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş heyət bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan heyət hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur. 3

5.11. Qiymətləndirilmənin nəticələri Mərkəz tərəfindən “Test imtahanının nəticəsi haqqında arayış”la rəsmiləşdirilir və müvəffəqiyyət qazanmış iştirakçıların siyahısı qiymətləndirmə başa çatdıqdan sonra 3 (üç) iş günü müddətində Nazirliyə göndərilir.5

5.12. Müəllimlər diplom üzrə ixtisaslarına uyğun qiymətləndirilmədə iştirak edə bilərlər. Müvafiq ixtisaslı pedaqoji kadr çatışmazlığı səbəbindən müəllimə qiymətləndirmədən keçdiyi ixtisas üzrə verilmiş dərs saatlarından əlavə qiymətləndirmədən keçmədiyi ixtisas üzrə, eləcə də məzmun və mahiyyət etibarilə yaxın fənlər üzrə dərs saatları verilərsə, bu zaman əməkhaqqı artımı bütün dərs saatlarına şamil olunur. 3

5.13. Müəssisələrin rəhbərləri tərəfindən pedaqoji heyət arasında dərs yükünün bölüşdürülməsi və onların karyera inkişafı zamanı qiymətləndirilmənin nəticələri nəzərə alınır. Qiymətləndirilməsi aparılan heyətin aylıq əməkhaqqı həftəlik dərs yükünə müvafiq olaraq artırılır.

5.14. Bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan pedaqoji heyət iş yerini qiymətləndirilmə həyata keçirilməyən şəhər və ya rayona dəyişərlərsə, aparılmış qiymətləndirilmənin nəticələri yerdəyişmənin həyata keçirildiyi vaxtdan etibarən onlara şamil edilir. Həmin pedaqoji heyətdən təkrar olaraq qiymətləndirilmədə iştirak etmək tələb olunmur.

5.15. Mərkəz tərəfindən keçirilmiş müsabiqə vasitəsilə dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində işə qəbul olunmuş pedaqoji heyət bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan heyətə bərabər tutulurlar. 3,5,6

5.16. Qiymətləndirilmədə zəif nəticə göstərmiş şəxslər nəticələrini yaxşılaşdırmaq məqsədilə qiymətləndirilmədə yenidən iştirak etmək üçün müraciət edə bilərlər. 3

5.17. Qiymətləndirilmə prosesinin gedişatı, sualların məzmunu və digər məsələlər ilə bağlı imtahan verən pedaqoji heyətin müraciətlərinə qiymətləndirilmə başa çatdıqdan sonra bir həftə ərzində Nazirliyin səlahiyyətli nümayəndələrinin iştirakı ilə Mərkəzdə baxılır və müvafiq qərar qəbul edilir. 3,5

 

6. Qaydaların pozulmasına görə məsuliyyət

Pedaqoji heyətin işə qəbulu və qiymətləndirilməsi ilə əlaqədar bu Qaydalara riayət edilməməsinə görə Nazirliyin və Mərkəzin vəzifəli şəxsləri, habelə müəssisələrin rəhbərləri qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. 3,5

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1]  5 oktyabr 2018-ci il tarixli 164 nömrəli Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Qərarı  ilə aşağıdakı dəyişikliklər edilmişdir:

 

1.  3.3-cü bənddən “praktik psixoloq və” sözləri çıxarılmışdır.

2.  yeni məzmunda 4.6-1-ci bənd əlavə edilmişdir.

 

 

[2]  23 oktyabr 2019-cu il tarixli 154 nömrəli Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Qərarı  ilə aşağıdakı dəyişikliklər edilmişdir:

 

1. Adında, 1.1, 1.2, və 5.2-ci bəndlərdə “ilk peşə-ixtisas təhsili” sözləri “peşə təhsili” sözləri ilə əvəz edimişdir

2. 3.3-cü bənd çıxarılmışdır.

  1. 4.6-cı bənddə ”60” faizini (48) bal sözləri ”55” faizini (44) bal sözləri ilə və ”80” faizini (64) bal sözləri ”75” faizini (60) bal sözləri ilə əvəz edilmişdir.
  2. 4.6-cı bənddə ”fiziki tərbiyə fənləri  üzrə işə qəbul” sozlərindən sonra , “o cümlədən, rus bölməsində işləmək sözləri əlavə edilmişdir.

 

[3]  14 mart 2020-ci il tarixli 57 nömrəli  Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Qərarı  ilə aşağıdakı dəyişikliklər edilmişdir:

 

  1. Adında və birinci abzasında “müəllimlərin” sözü “pedaqoji heyətin” sözləri ilə əvəz edilmişdir.
  2. Həmin Qərarla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydları” üzrə:
    1. adında və 1.1-ci bənddə “müəllimlərin” sözü “pedaqoji heyətin” sözləri ilə əvəz edilmişdir.
    2. 1.3-cü bənddə “işə qəbulu” sözlərindən sonra “, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması” sözləri əlavə edilmişdir.
    3. 3.4-cü bənddə “saytında” sözü “portalında” sözü ilə əvəz edilmişdir.
    4. 3.5-ci bənddə “saytı” sözü “portalı” sözü ilə əvəz edilmişdir.
    5. 4.1-ci, 4.8-ci və 5.6-cı bəndlərdə “saytında” sözü “portalında” sözü ilə əvəz edilmişdir.
    6. 4.3-cü bənddə “80” rəqəmləri “60” rəqəmləri ilə, “25,”rəqəmləri “20” rəqəmləri ilə əvəz edilmişdir və həmin bənddən “informasiya və kommunikasiya texnologiyalarına aid 15 “ sözləri çıxarılmışdır.
    7. 4.4-cü bənddə “120” rəqəmləri “90” rəqəmləri ilə əvəz edilmişdir.
    8. 4.6-cı bənddə “55 faizini (44 bal)” sözləri “50 faizini (30 bal)” sözləri ilə, “60 bal” sözləri        “45” bal sözləri ilə əvəz edilmişdir.
    9. 4.6-1-ci bənddə “50 faizini (40 bal)” sözləri “40 faizini (24 bal)” sözləri ilə əvəz edilmişdir.
    10. 5-ci bölmənin adında “Müəllimlərin” sözü “Pedaqoji heyətin” sözləri ilə əvəz edilmişdir.
    11. 5.1-ci bənddə “müəllimlərin” sözü birinci halda “işləyən müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin” sözləri ilə, ikinci halda “onların” sözü ilə, üçüncü halda isə “pedaqoji heyətin” sözləri ilə əvəz edilmişdir.
    12. 5.2-ci bənddə “gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri” sözlərindən sonra “psixoloqlar, ixtisasları üzrə tədris apardığı təqdirdə direktor, direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçılar, yerli təhsili idarəetmə orqanlarında metodist vəzifələrində çalışanlar,” sözləri əlavə edilmişdir.
    13.  5.3-cü bənddə “müəllimlərin” sözü “heyətin” sözü ilə əvəz edilmişdir, ikinci cümlədən “müəllimin” sözü çıxarılmışdır.
    14.  5.8-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.8. Qiymətləndirilmə zamanı iştirakçılara ümumilikdə 80 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına uyğun 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya və kommunikasiya texnologiyaları üzrə 15 test tapşırığı verilir və hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir.

2.15.  Aşağıdakı məzmunda 5.8-1-ci bənd əlavə edilmişdir.

“5.8.1. Ümumtəhsil müəssisələrində işləyən psixoloqların qiymətləndirilməsi zamanı onlara ixtisasları üzrə 60 test tapşırığı verilir və hər bir düzgün cavab 1 balla qiymətləndirilir.”.

2.16. 5.9-cu bənddə “120” rəqəmləri “90” rəqəmləri ilə əvəz edilmişdir.

2.17.  5.10-cu bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.10. Test tapşırıqlarının ən azı 30 faizini (24 bal) düzgün cavablandırmış şəxslər bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar.

2.18. 5.12-ci yeni redaksiyada verilmişdir.

          Əvvəlki redaksiyada deyilirdi:

5.12. İki və daha artıq fəndən tədris aparan müəllimlər öz seçimlərinə əsasən yalnız bir fənn üzrə qiymətləndirilmədə iştirak edə bilərlər. Bu halda əməkhaqqı artımı hər bir fənn üzrə tədris edilən dərs saatlarına şamil olunur.

2.19. 5.13-cü bəndin birinci cümləsində “müəllimlər” sözü “pedaqoji heyət” sözləri ilə, ikinci cümləsində “müəllimlərin” sözü “pedaqoji heyətin” sözləri ilə əvəz edilmişdir.

2.20.  5.14-cü bəndin birinci cümləsində “müəllimlər” sözü “pedaqoji heyət” sözləri ilə, ikinci cümləsində “müəllimlərdən sözü “pedaqoji heyətdən” sözləri ilə əvəz edilmişdir.

2.21. 5.15-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.15. Komissiya tərəfindən keçirilmiş müsabiqə vasitəsilə müəssisələrdə işə qəbul olunmuş müəllimlər bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulurlar.

2.22.  5.16-cı bənddə “müəllimlər” sözü “pedaqoji heyət” sözləri ilə əvəz edilmişdir.

2.23.  5.17-ci bənddə “müəllimlərin” sözü “pedaqoji heyətin” sözləri ilə əvəz edilmişdir.

2.24. 6-cı bölmədə “Müəllimlərin” sözü “Pedaqoji heyətin” sözləri ilə əvəz edilmişdir.

 

[4]  2 iyun  2020-ci il tarixli 101 nömrəli Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Qərarı  ilə aşağıdakı dəyişikliklər edilmişdir:

            1. Aşağıdakı məzmunda 1.2-1-ci bənd əlavə edilmişdir.

“1.2-1. Pedaqoji təhsilə malik olmayan, lakin qanunvericiliklə müəyyən edilmiş ümumtəhsil fənlərinin tədrisi üzrə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilmiş ali təhsilli mütəxəssislərin müəllim vəzifəsinə qəbulu da bu Qaydalara əsasən həyata keçirilir.”

2. 2.2-ci bəndin üçüncü cümləsində “ixtisaslı” sözü “uyğun fənn” sözləri əvəz edilmişdir və aşağıdakı məzmunda beşinci cümlə əlavə edilmişdir.

“Kadr çatışmazlığı ilə əlaqədar məzmun və mahiyyət etibarı ilə uyğun fənlərin müvafiq fənn müəllimi tərəfindən tədrisinə müsabiqə nəticəsində həmin fənn üzrə ixtisaslı müəllim təyin edilənədək yol verilir.”

[5]  21 yanvar  2021-ci il tarixli 17 nömrəli Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Qərarı  ilə aşağıdakı dəyişikliklər edilmişdir:

1. preambulada “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın” sözləri “Naxçıvan Muxtar Respublikası Dövlət İmthan Mərləzi” sözləri ilə əvəz edilmişdir;

2. həmin qərarla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu , bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları üzrə:

2.1. 1.2-ci bənddə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (bundan sonra –Komissiya) sözləri “Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra-Mərkəz) sözləri ilə əvəz edilmişdir;

2.2. 1.3-cü, 1.5-ci, 3.7-ci, 5.4-cü, 5.11-ci, 5.15-ci, bəndlərdə və 3.6-cı bəndin ikinci abzasında “Komissiya” sözü “Mərkəz” sözü ilə əvəz edilmişdir.

2.3. 3.4-cü, 3.5-ci, 4.1-ci, 4.8-ci, 5.6-cı bəndlərdə və 6-cı hissədə “Komissiyanın “ sözü “Mərkəzin” sözü ilə əvəz edilmişdir;

2.4. 4.12-ci və 5.17-ci bəndlərdə “Komissiyada” sözü “Mərkəzdə” sözü ilə əvəz edilmişdir;

2.5. 3.6-cı bəndin birinci abzasında, 3.8-ci bənddə və 5.3-cü bəndin üçüncü cümləsində “Komissiyaya” sözü “Mərkəzə” sözü ilə əvəz edilmişdir.

 

[6] 13 yanvar  2022-ci il tarixli 10nömrəli Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Qərarı  ilə aşağıdakı dəyişikliklər edilmişdir:

1. adında və mətn hissəsində “dövlət ümumi təhsil” sözlərindən sonra “, məktəbəqədər təhsil” sözləri əlavə edilmişdir”;

2. həmin Qərarla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil və peşə təhsili müəssisəsələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları" üzrə:

2.1. adında və 1.1-ci bənddə “dövlət ümumi təhsil” sözlərindən sonra “, məktəbəqədər təhsil” sözləri əlavə edilmişdir;

2.2. 1.2-ci və 1.2-1-ci bəndlər yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

“1.2. Müəllimlərin dövlət ümumi təhsil və peşə təhsili  müəssisələrinə (bundan sonra - müəssisələr) işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.

1.2-1. Pedaqoji təhsilə malik olmayan, lakin qanunvericiliklə müəyyən edilmiş ümumtəhsil fənlərinin tədrisi üzrə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilmiş ali təhsilli mütəxəssislərin müəllim vəzifəsinə qəbulu da bu Qaydalara əsasən həyata keçirilir..

2.3. 1.3-cü bənd ləğv edilmişdir;

2.4. 2-ci hissənin adında, 2.1-ci və 2.3-cü bəndlərdə “Müəssisələrdə” sözü “Dövlət ümumi təhsil müəssisələrində” sözləri ilə əvəz edilmişdir;

2.5. 3-cü hissənin adıda “müəllimlərin işə qəbulu” sözləri “işə qəbul” sözləri ilə əvəz edilmişdir”

2.6. 3.1-ci bənddə “Müəllimlərin işə qəbulu müsabiqəsində” sözləri “Müsabiqədə” sözü ilə əvəz edilmişdir;

2.7. 4.3-cü bənddə “Müsabiqədə” sözü “Test imtahanında” sözləri ilə əvəz edilmişdir;

2.8. 4.6-cı bənddə birinci halda “müəssisələrə” sözü “ dövlət ümumi təhsil müəssiələrinə“ sözləri ilə əvəz edilmişdir;

2.9. 4.6-1-ci bənddə “tərbiyəçi,” sözündən sonra “tərbiyəçi-müəllim, musiqi rəhbəri,” sözləri əlavə edilmişdir;

2.10. 5.1-ci, 5.2-ci və 5.15-ci bəndlərdə “Müəssisələrdə” sözü “Dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində” sözləri ilə əvəz edilmişdir;

2.11. 5.16-cı bənddə “pedaqoji heyət” sözləri ”şəxslər” sözü ilə əvəz edilmişdir.