Əmək müqaviləsi nümunələri
Sənədin elektron variantıStaj müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün
Əmək Müqaviləsi
1. Əmək müqaviləsini bağlayan tərəflər haqqında məlumatlar
1.1. Staj müddəti ilə dövlət qulluğuna qəbul üçün bu Əmək Müqaviləsi (bundan sonra - ismin müvafiq halında "Müqavilə") ________________________ rəhbəri___________________________________ ilə
(dövlət orqanının adı) (dövlət orqanı rəhbərinin soyadı, adı və atasının adı)
stajçı kimə işə qəbul olmuş _____________________________________________________________
(vətəndaşlığını,şəxsiyyətini təsdiq edən sənəd,nömrəsi, verildiyi tarix,verən orqanının adı)
____________________________________________________________________________________
(təhsili, ixtisası, sənəti, peşəsi, bitirdiyi təhsil müəssisəsinin adı)
___________________________________________________________________(bundan sonra-stajçı)
(soyadı, adı, atasının adı)
arasında ___ ________ ____il tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq bağlanmışdır.
1.2. Stajçı___________________________ vəzifəsinə işə qəbul edilir.
(vəzifənin adı)
1.3. Bu Müqavilə hüquqi qüvvəyə mindiyi gündən yaranmış münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, habelə bu Müqavilənin şərtləri ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir.
2. Müqavilənin müddəti
2.1. Bu Müqavilə 6 aylıq staj müddəti ilə bağlanmışdır.
2.2. Stajçı ___ _________ ____il tarixindən işə başlayır.
2.3. ___________________________________________________________ kurator təyin edilmişdir.
(vəzifəsi, soyadı,adı,atasının adı)
2.4. Staj müddəti ərzində müqavilə pozulmayıbsa və kuratorun tövsiyəsi müsbət olarsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə əməl etməklə işləmiş stajçının əmək müqaviləsi bağlamaq yolu ilə 3 aylıq sınaq müddəti ilə dövlət qulluğuna götürülməsi haqqında əmr verir və qanunvericiliklə müəyyən olunmuş qaydada bu şəxslə müvafiq əmək müqaviləsi bağlayır.
3. Stajçının əmək funksiyaları
3.1. Stajçı aşağıdakı əmək funksiyalarının icrasını öhdəsinə götürür:
3.1.1._________________________________________________________________________;
3.1.2._________________________________________________________________________;
3.1.3._________________________________________________________________________. (qulluq funksiyası tam təfsilatı ilə sadalanmalıdır)
3.2. Bu qulluq funksiyasından hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə onlara əlavə funksiyanın daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir.
3.3. Stajçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrini və bu qulluq funksiyalarını vaxtında, keyfiyyətlə yerinə yetirməlidir.
4. Qulluq şəraitinə dair şərtlər
4.1. Dövlət məvacibi üzrə:
4.1.1. Stajçıya hər ay dövlət məvacibi ödənilir.
4.1.2. Dövlət məvacibi ____________ məbləğində vəzifə maaşından ibarətdir.
4.1.3. Dövlət məvacibi (vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra) stajçının ______________________________________ hesabına köçürülür.
(bankın adı)
4.2. Əməyin mühafizəsi üzrə:
4.2.1. Stajçının sağlamlığının, əməyinin mühafizəsinin təmin olunması üçün texniki təhlükəsizlik, sanitariya və gigiyena normalarına cavab verən iş yeri və iş şəraiti yaradılır.
4.2.2. Stajçı əməyin mühafizəsi normaları ilə qanunvericiliyə uyğun olaraq təlimatlandırılır.
4.2.3. Stajçı özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur.
4.3. İş və istirahət vaxtı üzrə:
4.3.1. Stajçı gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir (qısaldılmış və ya natamam iş vaxtının müddəti varsa, göstərilməlidir).
4.3.2. İş saat __________ başlanır, saat __________qurtarır.
4.3.3. Nahar vaxtı saat __________-dan saat __________-dəkdir.
4.3.4. İstirahət günləri hər həftənin _____________________________________________ günləridir.
4.3.5. Qulluq üçün zəruri olduqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən 5 saata qədər artıra bilər.
4.3.6. Dövlət orqanının rəhbəri tərəfindən zəruri hallarda aylıq iş vaxtı norması 5 saatdan çox artırıldığı təqdirdə (ayda 17 saatdan çox olmamaq şərti ilə) stajçıya qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlavə haqq ödənilir.
4.4. Bədən tərbiyəsi və idman üzrə:
4.4.1. Stajçıya bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şərait yaradılır.
4.4.2. Bədən tərbiyəsi və idman məsələləri üzrə şərtlər:
4.4.2.1.____________________________________________________________________________ ;
4.4.2.2.____________________________________________________________________________ ;
4.4.2.3.____________________________________________________________________________ .
5. Sosial müdafiə məsələləri
5.1. Stajçının məcburi dövlət sığortası, işsizlikdən sığortası və icbari tibbi sığortası üçün qanunla müəyyən olunmuş qaydada _______ məbləğdə sığorta haqqı ödənilir.
5.2. Stajçının icbari sığortası Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həyata keçirilir. Dövlət orqanının rəhbəri stajçını istehsalatda peşə xəstəlikləri və bədbəxt hadisələr nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamalıdır. Belə hallar baş verərsə, qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə məcburi sosial sığorta hesabına müavinət verilir.
6. Tərəflərin müəyyən etdiyi, habelə müqavilədə
nəzərdə tutulan digər əlavə şərtlər
6.1. Əlavə şərtlər aşağıdakılardır:
6.1.1._____________________________________________________________________________ ;
6.1.2._____________________________________________________________________________ ;
6.1.3._____________________________________________________________________________ .
(bütün əlavə şərtlər təfsilatı ilə sadalanmalıdır)
7. Stajçının məsuliyyəti
7.1. Stajçı onun istifadəsinə verilən habelə, digər dövlət əmlakının qorunmasına cavabdehdir.
7.2. Stajçı onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır.
7.3. Stajçının qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
7.4. Stajçı dövlət sirrinin, qanunla mühafizə edilən digər sirrin və xidmət sirrin qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericiliklə və bu müqavilədə nəzərdə tutulan məsuliyyət daşıyır.
8. Bu müqaviləyə dəyişikliklər və əlavələr edilməsi qaydası
8.1. Bu müqaviləyə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur.
8.2. Dəyişikliklər və əlavələr dövlət orqanının rəhbəri və stajçı tərəfindən imzalanır və müqaviləyə əlavə olunur.
8.3. Razılaşdırılmış dəyişikliklər və əlavələr dərhal (____ gündən gec olmayaraq) qüvvəyə minir və bu müqavilənin tərkib hissəsini təşkil edir.
9. Müqaviləyə xitam verilməsi
9.1. Bu müqavilə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda, digər normativ hüquqi aktlarda və müqavilədə nəzərdə tutulmuş hallarda ləğv edilə bilər.
9.2. Bu müqaviləyə əsasən staj müddəti ilə dövlət qulluğuna qəbul edilmiş işçilərə, dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi barədə müddəalar istisna olmaqla, dövlət qulluqçusunun hüquqi statusunu tənzimləyən normativ hüquqi aktların bütün müddəaları şamil edilir.
9.3. Müqaviləyə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar:
9.3.1.______________________________________________________________________________ ;
9.3.2.______________________________________________________________________________ ;
9.3.3.______________________________________________________________________________.
10. Yekun müddəalar
10.1. Bu müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan əmək mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə, biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. Tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə mübahisənin inzibati qaydada və (və ya) məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər.
10.2. Bu müqavilə iki nüsxədə tərtib edilib, onlardan biri stajçıda, digəri isə dövlət orqanının rəhbərində saxlanılır.
10.3. Tərəflər bu müqavilə üzrə öhdəliklərinin icrasını üçüncü şəxslərə həvalə edə bilməzlər.
10.4. Tərəflər bu müqavilə ilə nəzərdə tutulmamış, habelə bilavasitə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən hallar istisna olunmaqla üçüncü şəxslər qarşısında biri digərinin öhdəliklərinə görə cavabdehlik daşımırlar.
10.5. Tərəflər bu müqavilənin şərtlərini, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən vəzifələrini, habelə biri digərinin qanuni mənafelərini və hüquqlarını pozarsa, təqsirkar tərəfin məsuliyyətə cəlb edilməsini müvafiq dövlət orqanlarından tələb etmək hüququna malikdirlər.
11. Tərəflərin imzaları və ünvanları
___________________ rəhbəri: (dövlət orqanının adı)
_______________________: (dövlət orqanı rəhbərinin soyadı, adı,atasının adı)
Hüquqi ünvanı: _____________ __________________________
Möhürü:
İmzası:
Tarix:
|
Stajçı:
_______________________: (stajçının soyadı, adı,atasının adı)
Ünvanı: _________________ ________________________
İmzası:
Tarix |
Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsinin təsdiq edilməsi barədə[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsi təsdiq edilsin (əlavə olunur).
2. Bu Fərman 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 3 sentyabr 2001-ci il
№ 567
|
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR |
Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının)nümunəsİ[2]
1. Əmək müqaviləsini (kontraktı) bağlayan tərəflər haqqında məlumatlar 1.1. Sınaq müddəti ilə dövlət qulluğuna qəbulu üçün bu əmək müqaviləsi (kontraktı) (bundan sonra - "kontrakt")[3] ______________________________________________________________________________ (dövlət orqanının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN)) rəhbəri_________________________________________________________________________ (vəzifəsinin adı) _____________________________________________________________________________ilə (adı, atasının adı və soyadı) İşçi ____________________________________________________________________________ (adı, atasının adı və soyadı) _______________________________________________________________________________ (vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix və onu verən orqanın adı) _______________________________________________________________________arasında (təhsili, ixtisası, sənəti, peşəsi, bitirdiyi təhsil müəssisəsinin adı, ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, sosial sığorta nömrəsi (SSN))
___il ____________ "___"-də Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq bağlanmışdır. 1.2. İşçi _______________________________________ vəzifəsinə işə qəbul edilir. 1.3. Bu kontrakt hüquqi qüvvəyə minən gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu kontraktın şərtləri ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir.[4] 2. Kontraktın müddəti 2.1. Bu kontrakt üç aylıq sınaq müddəti ilə bağlanmışdır.[5] 2.2. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə kontraktı birtərəfli qaydada poza bilər. 2.3. İşçi ___il ______ "__" -dən işə başlayır. 2.4. Sınaq müddəti ərzində kontrakt pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri kontraktın şərtlərinə əməl etməklə işləmiş işçinin daimi dövlət qulluğuna götürülməsi haqqında əmr verir və qanunvericiliklə müəyyən olunmuş qaydada bu şəxslə müvafiq kontrakt bağlanır. 3. İşçinin əmək funksiyası 3.1. İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür: a)______________________________________________________; b)______________________________________________________; c)______________________________________________________; (əmək funksiyası tam təfsilatı ilə sadalanmalıdır) 3.2. İşçi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. 4. Əmək şəraitinin şərtləri Dövlət orqanının rəhbəri aşağıdakı əmək şəraiti yaradılmasını və onun şərtlərinin təmin olunmasını öhdəsinə götürür: 4.1. İşçinin həvalə olunmuş əmək funksiyalarının yerinə yetirilməsi üçün lazımi qulluq şəraiti ilə təmin olunması. Dövlət məvacibi üzrə: 4.2. İşçiyə hər ay _________________________ məbləğdə dövlət məvacibi ödənilir; 4.3. Dövlət məvacibi: ____________________________ manat məbləğində vəzifə maaşından; ________________________________məbləğdə mükafatdan; (aylıq, rüblük, illik) işçi əmək funksiyasını ___________________________________________________ (həyat və sağlamlıq üçün təhlükəli, yaxud xüsusilə ağır olan və s.) əmək şəraitli iş yerində icra etdiyi üçün onun vəzifə maaşına __________________________ məbləğdə əlavədən; vəzifə maaşına _________faizi miqdarında digər əlavələrdən ibarətdir; 4.4. Dövlət məvacibi: ayda iki dəfə ______________________________; (ayın maaş verilən günləri) ayda bir dəfə ________________________ ödənilir; (ayın günü) dövlət məvacibi və digər ödənclər (vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra) işçinin (bankın adı) hesabına köçürülür;[6] 4.5. Tərəflərin dövlət məvacibinin ödənilməsi barədə razılığa gəldikləri digər şərtlər:__________________________________ Əməyin mühafizəsi üzrə: 4.6. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq işçinin sağlamlığının, əməyinin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına cavab verən iş yeri və iş şəraiti yaradılır. İş və istirahət vaxtı üzrə: 4.7. İşçi gündə 8 saat, həftə ərzində isə 40 saat işləyir (qanunvericiliklə nəzərdə tutulmuş hallarda qısaldılmış iş vaxtının müddəti göstərilməlidir); 4.8. İş saat ________ başlanır, saat _______ qurtarır; 4.9. Nahar vaxtı saat_____ -dan saat ______ -dəkdir; 4.10. İstirahət günləri hər həftənin _______________günləridir; 4.11. Qulluq üçün zəruri olduqda, dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən 5 saata qədər artıra bilər. 4.12. İşçiyə ayda iş vaxtından 5 saat artıq işlərin yerinə yetirilməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlavə haqq ödənilir. Məzuniyyət üzrə: 4.14. İşçiyə qanunvericiliklə müəyyən edilmiş qaydada hər iş ili üçün əmək məzuniyyəti verilir. 4.15. Əsas məzuniyyətinin müddəti ____________ təqvim günüdür; 4.16. Qanunvericiliklə müəyyən edilmiş hallarda aşağıdakı müddətdə əlavə məzuniyyət verilir: ____________ təqvim günü. 4.17. Əmək məzuniyyətinin ümumi müddəti _________ təqvim günü. 5. Sosial müdafiə məsələləri: 5.1. İşçinin məcburi dövlət sosial sığortası, işsizlikdən sığortası və icbari tibbi sığortası üçün qanunla müəyyən olunmuş qaydada hər ay ______ məbləğdə sığorta haqqı ödənilir;[7] 5.2. İşçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir.[8] 6. İşçi dövlət orqanının kommersiya və xidmət sirrinin qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericiliklə və bu kontraktla nəzərdə tutulan məsuliyyət daşıyır. 7. İşçi onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. İşçinin qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 8. Bu kontrakta birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur. 9. Kontrakta xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlıq üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə;[9] c) "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu, digər normativ hüquqi aktları ilə və bu kontraktla nəzərdə tutulmuş digər hallar. 10. Bu kontrakta əsasən sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş işçilərə, dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi barədə müddəalar istisna olmaqla, dövlət qulluqçusunun hüquqi statusunu tənzimləyən normativ hüquqi aktların bütün müddəaları şamil edilir. 11. Yekun qaydaları 11.1. Bu kontrakt iki nüsxədə tərtib edilib, onlardan biri işçidə, digəri isə dövlət orqanının rəhbərində saxlanılır. 12. Tərəflərin imzaları və ünvanları: 12.1. Dövlət orqanı rəhbərinin vəzifəsi, adı, atasının adı və soyadı. habelə müştərisi olduğu bankın adı, hesablaşma hesablarının nömrələri, kodu göstərilməklə hüquqi ünvanı:
Möhürü
İmzası:
12.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:
İmzası:
Tarix:
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441)
- 15 sentyabr 2005-ci il tarixli 294 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 sentyabr 2005-ci il, № 215)
- 24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419)
- 8 iyul 2014-cü il tarixli 208 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 iyul 2014-cü il, № 144; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 790)
- 16 mart 2015-ci il tarixli 485 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 17 mart 2015-ci il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 265)
- 16 may 2017-ci il tarixli 1404 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 808)
- 30 may 2017-ci il tarixli 1439 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 843)
- 30 dekabr 2020-ci il tarixli 1239 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 yanvar 2021-ci il, № 3, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1501)
- 12 iyun 2021-ci il tarixli 1351 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122)
- 16 iyun 2021-ci il tarixli 1364 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
“Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə uyğun olaraq qərara alıram:
1. “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2019-cu il
|
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli Fərmanı ilə təsdiq edilmişdir |
Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi
1. Tərəflər haqqında məlumat
1.1. Bu əmək müqaviləsi_______________________________________________________
_____________________________________________________________________________ dövlət orqanının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) rəhbəri ______________________________________________________________________ vəzifəsi _____________________________________________________________________________ soyadı, adı, atasının adı ilə daimi dövlət qulluğuna qəbul edilən şəxs (bundan sonra – dövlət qulluqçusu) _____________________________________________________________________________ soyadı, adı, atasının adı _____________________________________________________________________________ vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası və nömrəsi, fin kodu, verildiyi tarix və sənədi vermiş orqanın adı _____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________ təhsili, ixtisası, bitirdiyi təhsil müəssisəsinin adı, ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, dövlət sosial sığorta nömrəsi (SSN)
arasında _______ il _______ ayının _____-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmışdır. 1.2. Dövlət qulluqçusu_________________________________________________________
_____________________________________________________________________________ dövlət orqanının, struktur bölməsinin, struktur vahidinin və inzibati vəzifənin adı vəzifəsinə daimi dövlət qulluğuna qəbul edilir. 1.3. Bu əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, habelə bu əmək müqaviləsinə uyğun olaraq tənzimlənir.
2. Əmək müqaviləsinin müddəti
2.1. Bu əmək müqaviləsi müddətsiz bağlanılır. 2.2. Dövlət qulluqçusu _______ il _______ ayının _____-dən qulluq vəzifəsinin icrasına başlayır.
3. Dövlət qulluqçusunun əmək funksiyaları
3.1. Dövlət qulluqçusu aşağıdakı əmək funksiyalarının icrasını öhdəsinə götürür:
3.1.1.________________________________________________________________________;
3.1.2.________________________________________________________________________;
3.1.3.________________________________________________________________________. əmək funksiyaları tam təfsilatı ilə sadalanmalıdır
3.2. Bu əmək funksiyalarından hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə onlara digər funksiyanın əlavə edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir. 3.3. Dövlət qulluqçusu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrini, habelə bu əmək funksiyalarını vaxtında və keyfiyyətlə yerinə yetirməli, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əməl etməlidir.
4. Qulluq şəraitinə dair şərtlər
Dövlət orqanının rəhbəri dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün lazımi qulluq şəraitinin yaradılmasını və aşağıdakı şərtlərin təmin olunmasını öhdəsinə götürür:
4.1. Dövlət məvacibinə dair şərtlər
4.1.1. Dövlət qulluqçusuna hər ay ___________ manat məbləğində dövlət məvacibi ödənilir. 4.1.2. Dövlət məvacibi: ______________ manat məbləğində vəzifə maaşından; ______________ manat məbləğində aylıq vəzifə maaşının ____________ faizi miqdarında qulluq stajına görə əlavə haqdan; ______________ manat məbləğində ixtisas dərəcəsinə görə əlavə haqdan; _______ manat məbləğində hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqdan;
______________________________________________________________________________ həyat və sağlamlıq üçün təhlükəli, yaxud xüsusilə ağır qulluq şəraitli dövlət orqanında dövlət qulluğu vəzifəsi üzrə vəzifə maaşı üçün artıq əmsala uyğun vəzifə maaşına ______________ manat məbləğində artımdan, vəzifə maaşının _________ faizi miqdarında digər əlavələrdən ibarətdir. Dövlət orqanının fəaliyyət göstərdiyi ərazinin təbii iqlim şəraiti nəzərə alınmaqla, dövlət qulluqçusunun aylıq vəzifə maaşına ________ həcmdə yerli əmsal tətbiq edilir. 4.1.3. Dövlət qulluqçusuna kollektiv və fərdi mükafatlar verilir. 4.1.4. Dövlət qulluqçusu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunduqda, onun əməyi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada ödənilir.
4.1.5. Dövlət məvacibi: 4.1.5.1. ayda iki dəfə ______________________________________; ayın günləri 4.1.5.2. ayda bir dəfə ______________________________________ ödənilir. ayın günü 4.1.6. Dövlət məvacibi və digər ödənclər (vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra) dövlət qulluqçusunun ________________________bankındakı hesabına köçürülür. bankın adı 4.1.7. Dövlət məvacibindən yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş hallarda və qaydada tutulmalara yol verilir. Həmin tutulmalar haqqında dövlət qulluqçusu qabaqcadan məlumatlandırılır.
4.2. Əməyin mühafizəsinə dair şərtlər
4.2.1. Dövlət qulluqçusunun sağlamlığının, əməyinin mühafizəsinin təmin olunması üçün texniki təhlükəsizlik, sanitariya-gigiyena normalarına cavab verən iş yeri və qulluq şəraiti yaradılır. 4.2.2. Dövlət qulluqçusu əməyin mühafizəsi normaları barədə təlimatlandırılma dövriliyi 4.2.3. Dövlət qulluqçusu özünün və digər əməkdaşların həyatının və sağlamlığının qorunması üçün əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur. 4.2.4. Dövlət orqanı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluqçusunu əmək funksiyalarının icrası ilə bağlı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalayır. 4.2.5. Əmək funksiyalarının icrası ilə bağlı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində dövlət qulluqçusunun həyatına və sağlamlığına dəyən zərərlə bağlı onun peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada və məbləğdə sığorta ödənişi verilir.
4.3. İş və istirahət vaxtına dair şərtlər
4.3.1. Dövlət qulluqçusunun gündəlik iş vaxtının müddəti 8 saatdan, həftəlik iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. 4.3.2. “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluqçusu üçün _________________________________________________________________________ qısaldılmış iş vaxtının tətbiqi üçün əsas həftədə 36 saat iş vaxtı müəyyən edilir. 4.3.3. İş saat ________ başlanır, saat _______ bitir. 4.3.4. Nahar vaxtı saat ______ başlanır, saat ______ bitir. 4.3.5. İstirahət günləri hər həftənin _______________günləridir. 4.3.6. “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində göstərilmiş dövlət qulluqçularının iş vaxtı istisna olmaqla, qulluq üçün zəruri olduqda, dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən 5 saata qədər artıra bilər. 4.3.7. Dövlət orqanının rəhbəri zəruri hallarda aylıq iş vaxtı normasını 5 saatdan çox artırdığı təqdirdə (ayda 17 saatdan çox olmamaq şərtilə), hər əlavə iş saatı üçün dövlət qulluqçusuna saatlıq vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla əməkhaqqı ödənilir.
4.4. Məzuniyyətə dair şərtlər
4.4.1. Dövlət qulluqçusunun iş ilini _______________________ aylarından ibarət dövr əhatə edir və ona hər iş ili üçün əmək məzuniyyəti verilir. 4.4.2. Əsas məzuniyyət müddəti ____________ təqvim günüdür. 4.4.3. Əlavə məzuniyyət müddəti: 4.4.3.1. uzun illər işləməyə görə ____________ təqvim günü; 4.4.3.2. əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə___________ təqvim günü; 4.4.3.3. 14 yaşadək iki və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan analara, uşaqlarını təkbaşına böyüdən atalara, həmçinin uşaqları övladlığa götürmüş şəxslərə ___________ təqvim günü. 4.4.4. Əmək məzuniyyətinin ümumi müddəti _________ təqvim günüdür. 4.4.5. Dövlət qulluqçusu növbəti məzuniyyətə çıxdıqda, ona ______ aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. 4.4.6. Ödənişli yaradıcılıq və təhsil məzuniyyətləri, sosial məzuniyyətlər Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan müddətlərə verilir. 4.4.7. Dövlət qulluqçusu öz arzusu ilə və dövlət orqanı rəhbərinin razılığı ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq ödənişsiz məzuniyyətə göndərilə bilər.
4.5. Bədən tərbiyəsi və idmana dair şərtlər
4.5.1. Dövlət qulluqçusuna bədən tərbiyəsi və idmanla, o cümlədən iş şəraitində və işdən sonra reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şərait yaradılır. 4.5.2. Dövlət qulluqçusuna bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün şərait yaradılmasına dair şərtlər:
______________________________________________________________________________
______________________________________________________________________________
____________________________________________________________________________
4.6. Tərəflərin müəyyən etdiyi digər əlavə şərtlər
4.6.1. ________________________________________________________________________
4.6.2. ________________________________________________________________________
4.6.3. ________________________________________________________________________ bütün əlavə şərtlər təfsilatı ilə sadalanmalıdır
5. Birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti
5.1. Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərərə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq maddi məsuliyyət daşıyır. 5.2. Dövlət qulluqçusunun qanunauyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
6. Sosial müdafiə məsələləri
6.1. Dövlət qulluqçusunun məcburi dövlət sosial sığortası üçün “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər ay ______________ məbləğində sığorta haqqı ödənilir. 6.2. Dövlət qulluqçusu “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta edilir. 6.3. Dövlət qulluqçusu “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta edilir. 6.4. Dövlət qulluqçusunun sosial müdafiəsi, güzəşt və imtiyazları, sosial sığorta hüququ təmin edilir. 6.5. Dövlət qulluqçusuna əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və məbləğdə müavinət verilir.
7. Mülkiyyət münasibətlərinin tənzimlənməsi
7.1. Dövlət qulluqçusu onun istifadəsinə verilən dövlət əmlakının, habelə digər dövlət əmlakının qorunmasına cavabdehdir. 7.2. Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlığından qənaətlə və səmərəli istifadə etməlidir. 7.3. Dövlət qulluqçusu dövlət sirrinin və əldə edilməsi qanunla məhdudlaşdırılan digər informasiyanın qorunmasına cavabdehdir və bu informasiyanı yaymağa görə cinayət məsuliyyəti, inzibati məsuliyyət, intizam məsuliyyəti və maddi məsuliyyət daşıyır.
8. Əmək müqaviləsində dəyişiklik edilməsi
8.1. Bu əmək müqaviləsində birtərəfli qaydada edilmiş dəyişiklik və düzəlişlərin hüquqi qüvvəsi yoxdur. 8.2. Tərəflərin razılığı ilə bu əmək müqaviləsində aşağıdakı dəyişikliklər edilmişdir:
8.2.1. ________________________________________________________________________
8.2.2. ________________________________________________________________________
8.2.3. ________________________________________________________________________ bütün dəyişiklik təfsilatı ilə sadalanır
8.3. Hər iki tərəfin razılığı ilə edilmiş dəyişiklik Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq qüvvəyə minir və bu əmək müqaviləsinin tərkib hissəsidir.
İmzalar: _____________________________ _____________________________ dövlət orqanının rəhbəri dövlət qulluqçusu
9. Əmək müqaviləsinə xitam verilməsi
9.1. Bu əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində nəzərdə tutulan əsaslarla xitam verilə bilər. 9.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsi ilə tənzimlənməyən dövlət qulluğuna xitamvermə ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci, 69-cu, 70-ci, 74-cü və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara əməl olunmaqla tənzimlənir. 9.3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsinə uyğun olaraq, dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay müddətində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, dövlət orqanının rəhbəri həmin müddəti əlavə olaraq 1 ay müddətinədək uzada bilər. 9.4. Bu əmək müqaviləsi dövlət orqanının rəhbəri tərəfindən ləğv edildikdə, dövlət qulluqçusu Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq xəbərdar edilir. 9.5. Zor işlətməklə, hədə-qorxu gəlməklə, yaxud hər hansı başqa üsulla dövlət qulluqçusunun iradəsi əleyhinə onun bu əmək müqaviləsini ləğv etməyə məcbur edilməsinə yol verilmir. 9.6. Bu əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar:
9.6.1. _________________________________________________________________________
9.6.2. _________________________________________________________________________
9.6.3. _________________________________________________________________________
10. Yekun müddəalar
10.1. Bu əmək müqaviləsi qüvvədə olduğu müddətdə tərəflər yaranan əmək mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə, biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. Tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə, mübahisənin inzibati qaydada və (və ya) məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər. 10.2. Bu əmək müqaviləsi iki nüsxədə tərtib edilir, bir nüsxəsi dövlət qulluqçusunda, digər nüsxəsi isə dövlət orqanında saxlanılır. 10.3. Tərəflər bu əmək müqaviləsi üzrə öhdəliklərinin icrasını üçüncü şəxslərə həvalə edə bilməzlər. 10.4. Bu əmək müqaviləsində nəzərdə tutulmamış, habelə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən hallar istisna olmaqla, tərəflərdən biri digərinin üçüncü şəxslər qarşısında öhdəliklərinə görə cavabdeh deyildir. 10.5. Tərəflərdən hər hansı biri bu əmək müqaviləsinin şərtlərini, digər tərəfin qanuni mənafelərini və hüquqlarını pozarsa, tərəflərdən birinin təqsirkar tərəfin məsuliyyətə cəlb edilməsini tələb etmək hüququ vardır. 11. Tərəflərin imzaları və ünvanları
Dövlət orqanının rəhbəri Dövlət qulluqçusu
______________________________ ____________________________ vəzifəsi soyadı, adı, atasının adı
______________________________ ____________________________ soyadı, adı, atasının adı ünvanı ______________________________ dövlət orqanının müştərisi olduğu bankın adı ______________________________ müxbir hesab ______________________________ S.W.I.F.T. ______________________________ hesablaşma hesabı ______________________________ kod ______________________________ vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) (bank) ______________________________ dövlət orqanının hüquqi ünvanı ____________________________ ____________________________ imza imza ____________________________ tarix |
[1] 4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə Fərmanın adında və 1-ci bəndində "icra hakimiyyəti" sözləri "dövlət" sözü ilə əvəz edilmişdir.
[2] 4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə "Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsi"nin adında və 1.1-ci bəndində "icra hakimiyyəti" sözləri "dövlət" sözü ilə əvəz edilmişdir.
[3] 8 iyul 2014-cü il tarixli 208 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 iyul 2014-cü il, № 144; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 790) ilə Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsi”nin 1.1-ci bəndində “dövlət orqanının adı” sözlərindən sonra “, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN)” sözləri əlavə edilsin, “vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənəd, onun nömrəsi, verildiyi tarix və onu verən orqanın adı” sözləri “vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix və onu verən orqanın adı” sözləri ilə əvəz edilsin, “təhsili, ixtisası, sənəti, peşəsi, bitirdiyi təhsil müəssisəsinin adı” sözlərindən sonra “, ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN)” sözləri əlavə edilmişdir.
16 iyun 2021-ci il tarixli 1364 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125) ilə “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsi”nin 1.1-ci bəndində “dövlət sosial sığorta şəhadətnaməsinin” sözləri “sosial sığorta” sözləri ilə əvəz edilmişdir.
[4] 16 mart 2015-ci il tarixli 485 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 17 mart 2015-ci il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 265) ilə “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsi”nin 1.3-cü bəndində “bağlanan” sözü “hüquqi qüvvəyə minən” sözləri ilə əvəz edilmişdir.
[5] 24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419) ilə “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsi”nin 2.1-ci bəndində “iki illik” sözləri “altı aylıq” sözləri ilə əvəz edilmişdir.
16 may 2017-ci il tarixli 1404 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 808) ilə “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsi”nin 2.1-ci bəndində “altı” sözü “üç” sözü ilə əvəz edilmişdir.
[6] 30 may 2017-ci il tarixli 1439 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 843) ilə “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsi”nin 4.4-cü bəndindən “arzusuna uyğun olaraq nağd yolla iş yerində ödənilir və ya” sözləri çıxarılmışdır.
[7] 30 dekabr 2020-ci il tarixli 1239 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 yanvar 2021-ci il, № 3, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1501) ilə “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsi”nin 5.1-ci bəndində “sığortası üçün qanunvericiliklə” sözləri “sığortası, işsizlikdən sığortası və icbari tibbi sığortası üçün qanunla” sözləri ilə əvəz edilmişdir.
[8] 15 sentyabr 2005-ci il tarixli 294 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 sentyabr 2005-ci il, № 215) ilə "Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsi"nin 5.2-ci bəndindən "məcburi sosial sığorta hesabına" sözləri çıxarılmışdır.
[9] 12 iyun 2021-ci il tarixli 1351 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122) ilə “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsi”nin 9-cu hissəsinin “b” bəndində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilmişdir.